İranın yüksək vəzifəli şəxsindən Azərbaycana açıq dəstək: “Ermənistan işğal etdiyi Dağlıq Qarabağdan dərhal çıxmalıdır”backend

İranın yüksək vəzifəli şəxsindən Azərbaycana açıq dəstək: “Ermənistan işğal etdiyi Dağlıq Qarabağdan dərhal çıxmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağdan dərhal çıxmalıdır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri İranın ali dini lideri Əli Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti yerli dövlət mediasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran dövləti beynəlxalq hüququn tələbləri çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Əli Əkbər Vilayəti deyib ki, İran BMT-nin üzvü olan dövlət kimi bu məsələyə həssas yanaşır:

“Xüsusilə də İranın şimal qonşuluğunda baş verən münaqişəyə diqqət göstəririk. Hazırda şimal qonşuluğumuzda bir ölkənin torpaqları digər ölkə tərəfindən işğal edilib. Azərbaycan Respublikasının 7 rayonu və Dağlıq Qarabağ işğal edilib. Bununla bağlı BMT-nin 4 qətnaməsi mövcuddur. Bütün bunlar Ermənistanın işğal etdiyi torpaqlardan öz sərhədlərinə geri çəkilməsini tələb edir. BMT-nin üzvü olan bütün dövlətlər qəbul edilmiş qərarlara əməl etməlidir. Bu baxımdan da Ermənistan işğal etdiyi əraziləri dərhal Azərbaycana qaytarmalıdır. Bu işğal nəticəsində təqribən 1 milyon azərbaycanlı öz torpaqlarını tərk etməyə məcbur qalıb. Həmin insanlar öz tarixi torpaqlarına geri qayıtmalıdır”.