İsrail Tehranla danışıqlar aparmayacaq.
Editor.az xəbər verir ki, bu açıqlama ilə İsrailin Moskvadakı səfiri çıxış edib: “İsraili məhv etmək niyyətində olan bir rejimlə danışıqlar yoxdur və ola da bilməz. İran nəinki İsraili yer üzündən silmək niyyətini açıq şəkildə bəyan edir, həm də bu istiqamətdə fəal işləyir”, – Simone Halperin deyib.
O, daha sonra İHA-nın İrandan yəhudi dövlətinin ərazisinə hücumunu xatırladıb. Bundan əlavə, o, Fələstin radikalları HƏMAS-a silah yardımı faktlarını da qeyd edib. Bununla bağlı o, xatırladıb ki, Vaşinqtonda səfərdə olan yəhudi dövlətinin başçısı İranı cilovlamaq üçün Yaxın Şərqdə təhlükəsizlik alyansı yaratmağın zəruriliyini bəyan edib.
//Samir Qurbanov, Editor.az

