İranla münasibətləri qoruyub saxlamaq lazımdır.
Editor.az bildirir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell deyib.
“Münasibətlərimiz aşağı səviyyədədir.
Lakin biz İranla lazımi “tənqidi qarşılıqlı münasibətləri” qoruyub saxlamalıyıq”, – Borrell qeyd edib. Onun sözlərinə görə, diplomatik kanalları açıq saxlamaq vətəndaşlarımızı, maraqlarımızı qorumaq və İran xalqının əsas hüquqlarını dəstəkləmək üçün çox vacibdir, – Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
//Samir Qurbanov, Editor.az