İranla sərhəddə dəhşətli olay: ölü və yaralılar varbackend

İranla sərhəddə dəhşətli olay: ölü və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Pakistan ilə sərhədində – Sistan-Bəlucistan əyalətinin Saravan rayonunda neft qaçaqçılarının mitinqinə İnqilab Keşikçiləri Korpusunun əsgərləri silahlı müdaxilə edib.

Publika.az xəbər verir ki, nəticədə 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bəluc aktivistləri təşkilatının rəhbəri Abdullah Arif bildirib ki, 2 gündür İran-Pakistan sərhədində gözlədilən neft qaçaqçıları aclıq və susuzluq səbəbilə qapıların açılması üçün hüquq-mühafizə orqanlarına tələb irəli sürüb. Daha sonra ölənlərin cənazə namazını qılmaq üçün rayonun bələdiyyə binası qarşısında toplaşanlara da icazə verilməyib. Etirazçılar İnqilab Keşikçiləri Korpusunun binası qarşısında toplaşıb. İnsident də burada baş verib.