İranlı admiraldan Bakıya tərbiyəsiz münasibət – VİDEObackend

İranlı admiraldan Bakıya tərbiyəsiz münasibət – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın “İslam İnqilabi Keşişkilri Korpusu”nun (“Pəsdəran”) baş komandanının müavini, kontr-admiral Əli Sərdar Fədavi növbəti dəfə sərsəm fikirləri ilə gündəm olub.

Erməni xəbər saytlarının ulduzuna çevrilən hərbçi prezident İlham Əliyevin İranın keçirdiyi hərbi təlimlərlə bağlı söylədiyi fikirlərə öz aləmində guya cavab vermiş olub. Bildirib ki, belə bəyanatlar yersizdir və ona cavab vermir. Eyni zamanda Azərbaycan tərəfinin səsləndirdiyi bəyanatların adekvat olmadığını dilə gətirib.
Xatırladaq ki, dövlət başçısı son müsahibələrindən birində İranın Azərbaycanla sərhəd ərazilərdə hərbi manevrlər keçirməsinə sərt reaksiya verərək, bu təlimlərin əvvəllər, yəni erməni işğalı altında olan vaxtlar niyə keçirilmədiyini söyləyib. İranlı hərbçi səviyyəsiz açıqlamasında Azərbaycan tərəfinin reaksiyasına da öz səviyyəsinə uyğun cavab verib.

Beləliklə, İranın yüksək rütbəli hərbçisi növbəti dəfə öz xislətini ortaya qoyub. 44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycanın əldə etdiyi uğuru həzm edə bilməyən hərbçinin açıqlaması adamda belə bir məntiqi sual doğurur – Görən İran rəsmilərinin antiazərbaycan, ermənipərəst mövqelərinin arxasında nə durur? Budurmu islam birliyi, müsəlman həmrəyliyi? Axı 30 il onun da mənfur qonşusu olan Ermənistan müsəlman Azərbaycanın torpaqlarını işğal altında saxlayıb. Onların da müqəddəs saydığı məscidləri donuz fermalarına çevirib. Yaxşı, özünü İslam ölkəsi hesab edən İranın yürütdüyü siyasətdə əhalisinin əksəriyyəti müsəlman-şiə olan ölkə prioritet olmalı deyilmi? Heç olmasa lideri hesab etdikləri ayətullahların “Qarabağ İslam torpağıdır!” kəlamına hörmətlə yanaşsınlar. Ancaq kontr-admiral, Aminilər və onlar kimil düşünənlər bilməlidirlər ki, bu cür dağıdıcı mövqeyə, bəzi bəd niyyətli insanların riyakar siyasətinə baxmayaraq Azərbaycan dövləti öz xalqının mənafeyinə cavab verən strategiyanı – mehriban qonşuluq siyasətini davam etdirəcək.

 

Loading...