İranlı deputatın hücum təklifinə REAKSİYA: Azərbaycanın kəşfiyyat və təhlükəsizlik xidmətləri…backend

İranlı deputatın hücum təklifinə REAKSİYA: Azərbaycanın kəşfiyyat və təhlükəsizlik xidmətləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi “X” sosial şəbəkəsində Azərbaycan əleyhinə qəribə açıqlama yazıb. O, İsrailin Azərbaycanda olan diplomatik mərkəzinə açıq və birbaşa hücum etməyi təklif edib.

SULHEN.jpg (63 KB)

Milli siyasət üzrə ekspert Sülhəddin Əkbər Musavat.com-a şərhində bildirib ki, istənilən təhlükəni tam, hərtərəfli, obyektiv qiymətləndirmək üçün yetərli, təsdiq olunmuş kəşfiyyat məlumatları olmalıdır:

“Yalnız bir deputatın publik açıqlaması ilə təhlükənin dərəcəsini qiymətləndirmək qeyri-ciddi olar. İran-Azərbaycan münasibətlərinin xarakteri, mövcud vəziyyəti, o cümlədən İsrail-Azərbaycan münasibətləri də nəzərə alınmalıdır. Eyni zamanda milli təhlükəsizlik, vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı təhlükə varsa, ən kiçik ehtimalı belə gözardı etməmək önəmlidir. Azərbaycanın kəşfiyyat və təhlükəsizlik xidmətləri bu məsələni xüsusi diqqətdə saxlamalıdır. Həmçinin, müttəfiq, dost və tərəfdaş ölkələrin kəşfiyyat xidmətləri ilə informasiya mübadiləsi aparmaq lazımdır”.

Musavat.com