İranlı diplomat yuxularını gerçək sayır: Tehranın İrəvandakı səfiri sərsəmlədibackend

İranlı diplomat yuxularını gerçək sayır: Tehranın İrəvandakı səfiri sərsəmlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran rəhbərliyi müdrikdir və bəzi kiçik dövlətlərin hər cür təxribatlarına boyun əymir”.

İran adlanan dövlətin Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri İrəvanda İranla Ermənistan arasında ikitərəfli münasibətlərə dair elmi konfransda deyib.

Diplomatdan Azərbaycan mediasında Ermənistan və İranın Laçın və Qubadlı istiqamətində hücuma hazırlaşdığı haqda yayılan xəbərlərə münasibət bildirməsi xahiş olunub.

“İran ona problem yaratmağa çalışan kiçik dövlətlərin üzünə kiçik bir sillə vura bilər. Amma İran hakimiyyəti emosiyaların təsiri altında hərəkət etməməyə üstünlük verir. Onlar öz hərəkətlərində kifayət qədər müdrik və təmkinlidirlər”, – diplomat dedi.

Zohurinin sözlərinə görə, İran tərəfi heç vaxt bölgədə gərginlik yaratmaq istəməyib və indi də istəmir. O, mətbuatı əlavə gərginlik yarada biləcək səs-küylü başlıqlar və məqalələr axtarmamağa çağırıb.

“Hərbi vəziyyətə gəlincə, sizi əmin edirəm ki, İran bütün sərhəd reallıqlarını diqqətlə izləyir”, – səfir bildirib.

Onun sözlərinə görə, İranın regiondakı siyasəti heç bir zərər verməmək və sabitliyi təşviq etməkdir.

“İran və Ermənistanın əleyhdarları xaos yaratmaq və iki ölkə rəhbərliyinin diqqətini yayındırmaq istəyirlər. Bu cəhdlərə qarşı ən təsirli cavab Ermənistan və İranın koordinasiyalı hərəkətləri, o cümlədən daimi məlumat mübadiləsidir”, – səfir bildirib.

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti də məlumatı “təkzib etmişdi”.

Xatırladaq ki, Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirili və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın Şahid kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür.

Məlumata görə, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq. Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Həmçinin, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Milli.az