“İran ABŞ və İsraillə münaqişədə müdafiə strategiyasından hücum strategiyasına keçib, müharibə taktikası dəyişib”.
Oxu.Az “Pars Today” agentliyinə istinadən xəbər verir ki, bunu İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi bildirib.
Onun qiymətləndirməsinə görə, İran qoşunları mümkün olan ən effektiv şəkildə döyüşür.
“Silahlı qüvvələr gənc və məqsədyönlü alimlərin səyi ilə müasir silahlar istehsal edir ki, bu da düşmənin hesablamalarını pozmağa kömək edəcək. Cinayətkar düşmənlər müəyyən dərəcədə bunu artıq dərk ediblər və biz bu tendensiyanı davam etdirərək döyüş meydanında yeni sürprizlər təqdim edəcəyik”, – deyə o vurğulayıb.

