İraq Çinin COSL neft şirkəti ilə müqavilə imzalayıbbackend

İraq Çinin COSL neft şirkəti ilə müqavilə imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq ölkənin cənubundakı Maysan əyalətində 22 neft quyusunun qazılması üçün tədqiqatların aparılması məqsədilə Çinin COSL neft şirkəti ilə müqavilə imzalayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlama İraq Respublikasının Neft Nazirliyindən verilib. Bu müqavilə Çinin CNOOC şirkəti ilə daha əvvəl imzalanmış razılaşmanın təsdiqi olub. Bağdad neft hasilatını 2025-ci ilə qədər gündəlik orta hesabla 6 milyon barrelə çatdırmaq üçün neft yataqlarının işlənməsini və yeni quyuların qazılmasını sürətləndirib.

Xatırladaq ki, orta gündəlik neft hasilatı 4,6 milyon barrel olan İraq Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük xam neft istehsalçısıdır. Dövlət xərclərinin 92 faizi neft gəlirləri hesabına qarşılanır.

//Nəzərbəy, Editor.az