İraq ölkədən qanunsuz çıxarılan 200 milyard dolları qaytarmaq istəyirbackend

İraq ölkədən qanunsuz çıxarılan 200 milyard dolları qaytarmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq hökuməti qanunsuz yollarla ölkədən çıxarılmış 200 milyard dollar həcmindəki milli sərvətini geri qaytarmaq niyyətindədir.

“Shafaq News” xəbər verir ki, bunu İraqın maliyyə naziri Əli Ələui hökumətin iclası zamanı bəyan edib.

O bildirib ki, sözügedən vəsaitlərin arasında Səddam Hüseynin aktivləri də var.

Nazirin sözlərinə görə, təkcə Livan Mərkəzi Bankında vaxtilə İraqdan köçürülmüş 20 milyard dollar yoxa çıxıb.

Qeyd edək ki, İraqın 2021-ci il üçün dövlət büdcəsi 90 milyard dollar, büdcə kəsiri isə 20 milyard dollar səviyyəsində təsdiqlənib. Odur ki, hökumətin geri qaytarmaq istədiyi vəsaitlər üç illik dövlət büdcəsindən də çoxdur.