İraqda 300-dən çox insanın ölümü ilə nəticələnən terror hücumuna görə məsul olan üç nəfər asılaraq edam edilibbackend

İraqda 300-dən çox insanın ölümü ilə nəticələnən terror hücumuna görə məsul olan üç nəfər asılaraq edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq 2016-cı ildə paytaxt Bağdadda bomba yüklü avtomobili işə salaraq 300-dən çox insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan hücumda günahkar bilinən üç nəfəri edam edib.

Bomba Ramazan gecəsi insanlar bayırda olarkən partladılıb. Bu, ABŞ-ın başçılıq etdiyi işğaldan sonra İraqda ən qanlı bombalı hücum kimi qeydə alınıb. Hücuma görə məsuliyyəti İŞİD radikal islamçı terror təşkilatı öz üzərinə götürüb. İŞİD 2017-ci ildə nəzarət etdiyi bütün əraziləri itirsə də, hələ də bölgədə hücumlar həyata keçirir. İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin ofisi bəyan edib ki, edamlar bazar və ya bazar ertəsi həyata keçirilib. Edam olunanların adları açıqlanmayıb. Hökumətdəki mənbənin AFP-yə verdiyi məlumata görə, edam edilənlər arasında “hücumun rəhbəri” kimi təsvir edilən Qəzvan əz-Zəvbai də var. Zavbai 2021-ci ildə tutularaq ABŞ-a təhvil verilib.

Açıqlamaya görə, baş nazir hücumda həlak olanların ailələrinə “əsaslandırılmış ölüm cəzası”nın tətbiq edildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az