İraqda bir ailənin 20 üzvü öldürülübbackend

İraqda bir ailənin 20 üzvü öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Babil əyalətində bir eyni ailədən olan 20 nəfər öldürülmüş vəziyyətdə aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə INA agentliyi İraq Silahlı Qüvvələrinin əyalət komandanlığına istinadən məlumat yayıb.

“Axtarışda olan şəxs təhlükəsizlik əməkdaşlarına atəş açaraq iki əsgəri yaralayıb. Daha sonra qaçaraq evdə gizlənib. Təhlükəsizlik qüvvələri evin yerini taparaq ora daxil olublar. Həmin an evdə 20 nəfərin meyiti aşkarlanıb”, – məlumatda deyilir.

Bir sıra İraq KİV-lərinin məlumatına görə, terrorizm ittihamı ilə axtarışda olan şəxs öz evində ailə üzvlərini, o cümlədən qadın və uşaqları güllələyərək qətlə yetirib, sonra isə intihar edib.