İraqın şimalında yerləşən Neynəva əyalətində ən təhlükəli terrorçulardan biri həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə İraq kəşfiyyatındakı mənbələrdən məlumat verilib.
“Əbu əl-Kərim” kimi tanınan terrorçu Zəmar rayonunda ələ keçirilib.
O, “Eyn-Calut” terror təşkilatının tərkibində İraq ordusuna qarşı terror fəaliyyəti göstərib.
Adıçəkilən terrorçu tutulan kimi Kəşfiyyat və Terrorçuluqla Mübarizə İdarəsinə təhvil verilib

