İraqda fəlakət: Minlərlə insan ölüb və yaralanıbbackend

İraqda fəlakət: Minlərlə insan ölüb və yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şiddətli qum və toz fırtınası İraqı vurub və çoxsaylı insan tələfatına səbəb olub.

Editor.az BBC-yə istinadən xəbər verir ki, 1800-ə yaxın insan tənəffüs problemi ilə xəstəxanaya müraciət edib. Ölənlər arasında uşaqlar da var. İnternetdə yerləşdirilən görüntülərdə qalın narıncı dumanın büründüyü yerlər görünür. Yerli media həmçinin elektrik enerjisinin kəsilməsi və uçuşların dayandırılması barədə məlumat yayıb.

Məlumata görə, insanlar maska taxmağa başlayıblar və həkimlər zərərçəkənlərə yardım göstərmək üçün küçələrdə növbətçi olublar.

Qum fırtınası İraqın cənub əyalətlərini narıncı buludla örtdü və görmə məsafəsini bir kilometrdən az azaldıb. İraqın cənubundakı Muthanna əyalətindəki xəstəxanalar ən azı “700 boğulma hadisəsi” qeydə alıb, – yerli səhiyyə rəsmisi bildirib. Nəcəf vilayətində 250-dən çox adam xəstəxanaya yerləşdirilib, 322 xəstə, o cümlədən uşaqlar Divaniyyə vilayətindəki xəstəxanalara göndərilib. Daha 530 nəfər Ziqar və Bəsrə əyalətlərində tənəffüs problemi olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az