İraqda qum fırtınası çoxsaylı boğulmalara səbəb olub.
Editor.az bu barədə REN TV-yə istinadla məlumat yayıb.
Fırtına ölkənin bir çox bölgələrində görmə məsafəsini azaldıb, Nəcəf və Bəsrə hava limanlarında hava hərəkətini dayandırıb. Nəcəfdə görmə məsafəsinin az olması səbəbindən 5 avtomobil qəzası baş verib.
Polis əməkdaşları və piyadalar maskalarla sıx toz buludlarından qorunmağa məcburdurlar. Amma maskalar insanları boğulmadan xilas etmir. İndiyədək 1800-dən çox insan tozdan zərər çəkib.
//Gülnarə Abasova, Editor.az