Terror təşkilatı İŞİD üzvləri İraqın Diyale vilayətinin Celevla rayonunda bir evə basqın edib.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, basqında ikisi qadın olmaqla, dörd nəfər terror təşkilatının üzvləri tərəfindən öldürülüb. Terrorçular hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşlarını da pusquya salıb. Atışmalar zamanı 2 əsgər vəfat edib, 8 əsgər isə yaralanıb. Hadisə yerindən qaçan İŞİD üzvlərinin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri başladılıb.
İraq prezidenti Bəhram Salih hadisə ilə bağlı sosial şəbəkə hesabından paylaşım edib. O, terrorçuların əməlini qorxaqlıq olaraq adlandırıb. Prezident terrorçulara qarşı mübarizədə İraqda bütün tərəfləri birləşməyə çağırıb.
//Nəzərbəy, Editor.az

