İraqda kütləvi məzarlıqda 143 cəsəd tapılıbbackend

İraqda kütləvi məzarlıqda 143 cəsəd tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın şimalındakı Neynəva əyalətində terror təşkilatı DEAŞ-ın bölgəyə nəzarət etdiyi illərdə (2014-2017) öldürülən 143 naməlum şəxsin cəsədlərinin tapıldığı bildirilib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, qalıqların DEAŞ terror təşkilatının Mosulda fəaliyyət göstərdiyi dövrdə öldürülən insanlara aid olduğu təxmin edilir.

Meyitlərin Məhkəmə Tibb Ekspertizaya təhvil verildiyi bildirilib. İraqda kütləvi məzarlıqlarda 6-12 min adamın cəsədi olduğu təxmin edilir.

Qeyd edək ki, Terror təşkilatı DEAŞ 2014-cü ilin iyun ayında İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

//Gülnarə Abasova, Editor.az