İraqda nə baş verir?- “18 İLDƏN SONRA İraq dövləti nəhayət ki, öz ərazilərini nəzarətə götürə bildi”backend

İraqda nə baş verir?– “18 İLDƏN SONRA İraq dövləti nəhayət ki, öz ərazilərini nəzarətə götürə bildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq koalisiya qüvvələri İraqı tərk edib. İraqın hazırkı Baş naziri Mustafa Əl-Kazemi tviter hesabında məlumat paylaşıb və bildirib ki, “Koalisiyanın hərbi əməliyyatları başa çatıb, bütün qoşunlar və hərbi texnika İraqdan çıxarılıb. Hazırda koalisiyanın işi İraq-ABŞ strateji dialoqunun nəticələrinə əsasən məsləhətləşmələrdən ibarətdir”.
Baş nazir Əl-Kazemi onu da xüsusilə vurğulayıb ki, İraq Silahlı Qüvvələri əhalini İŞİD silahlılarının təhlükəsindən qorumağa hazırdır.

İraq Silahlı Qüvvələrinin komandanlığı 22 dekabrın 2021-ci ildə beynəlxalq antiterror koalisiyasının döyüş hissələrinin ölkədən çıxarıldığını və yalnız xarici hərbi məsləhətçilərin qaldığını açıqlayıb.

Koalisiya Qüvvələrinin İraqda yerləşən hərbi bazalardan son olaraq Hərir bazasında yerləşdirilmiş koalisiya əsgərləri çıxıb. Beləliklə də 18 ildən sonra İraq dövləti nəhayət ki öz ərazilərini nəzarətə götürə bildi.

Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, 20 mart 2003-cü ildən başlayaraq İraqın keçmiş lideri Səddam Hüseyn 6 ay ərzində koalisiaya əsgərlərindən gizlənməyi bacardı, lakin 2003-cü ilin dekabrında doğma şəhəri Tikrit yaxınlığında yaxalandı. Xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də asılaraq edam cəzasına məhkum edib.

 

Maraqlıdır, bəs bu işğal faktından İraqın və iraqlıların xeyri və ziyanı nə oldu? İraqda post-Səddam dövrü nə ilə yadda qaldı?

Politoloqun sözlərinə görə, bu işğal nəticəsində İraq parçalandı. ABŞ-ın dəstəyi və yardımı ilə İraqın şimalında Kürdüstan Muxtariyyatı yaradıldı:

“İraqda şəhərlər, qəsəbələr, kəndlər dağıdıldı. İnfrastrukturun xeyli hissəsi sıradan çıxarıldı. İşğalın ilk günlərindən başlayaraq ölkədə demək olar ki, hər gün terror aktları həyata keçirilirdi. Ölkə iqtisadiyyatı tamamilə çökmüş vəziyyətə gəldi. 2010-cu ildə başlayan “Ərəb Baharı”nın dalğası İraqı da tutdu. Onsuzda ölkədə ağır olan vəziyyət daha da ağırlaşdı. İŞİD-in ortaya çıxması Suriyada olduğu kimi İraqda da kütləvi şəkildə dağıntılara və insan ölümlərinə səbəb oldu. Verilən bəzi statistikalara görə İŞİD İraqda 200 mindən çox adam qətlə yetirib. Digər tərəfdən ABŞ Kürd Muxtariyyətini qurmaqla İraqın neft yataqlarını da nəzarətə götürmüş oldu. Buradan belə qənaətə gəlmək olar ki, İraqın işğalı nə İraqa, nə dı iraqlılara hansısa faydanı vermədi. Görünən odur ki, ABŞ-ın İraqı işğal etməsi Yaxın Şərqin geosiyasi və geostrateji mənzərəsin dəyişmiş, uzunmüddətli və qalıcı qeyri-stabilliyin yaranmasına səbəb olmuşdur”.

//Gülnarə Abasova, Editor.az