İraqda restoranda partlayış: 15 nəfər yaralanıbbackend

İraqda restoranda partlayış: 15 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın şimalında yerləşən Süleymaniyyə şəhərində yerləşən restoranda gecə saat 02:00 radələrində partlayış baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, partlayışdan sonra baş verən yanğında 15 nəfər xəsarət alıb. Hadisə zamanı yaralananlar xəstəxanalara çatdırılıb. Üç xarici ölkə vətəndaşının da xəsarət aldığı bildirilir. Onlardan biri Hollandiya, digəri ikisi isə Filippin vətəndaşıdır.

Restoranın ətrafında olan kafe və digər binalara ziyan dəyib. Hadisə ilə bağlı araşdırma başlanılıb.

//Nəzərbəy, Editor az