İraqda silah anbarında partlayış: 7 ölübackend

İraqda silah anbarında partlayış: 7 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Nəcəf şəhərində Şiə lideri Müqtəda Sədrin rəhbərlik etdiyi “Sədr Qrupu”nun silah və ehtiyat anbarı partlayıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə şəhərdə olan Olimpia Stadionun yaxınlığında baş verib. İlkin məlumata görə, 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisənin isti hava səbəbindən baş verdiyi bildirilib.

//Nəzərbəy Hacıağayev, Editor.az