İraqdakı Amerika səfirliyi raket atəşinə tutuldubackend

İraqdakı Amerika səfirliyi raket atəşinə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bağdaddakı Amerika səfirliyinin ətrafı raketlərlə atəşə tutulub və sirenlər işə düşüb.

Editor.az xəbər verir ki, bu barədə “Shafaq news” İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat verib.

Tələfat və dağıntılar barədə məlumat verilmir. Ümumiyyətlə, oktyabrın 17-dən noyabrın 25-dək Suriya və İraqdakı ABŞ əsgərləri 73 hücuma məruz qalıb. Pentaqon hücumlarda heç kimin xəsarət almadığını bildirib.
İsrail oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı ilə müharibəyə başladıqdan sonra Amerika bazalarına hücumlar da artıb. Onlara görə məsuliyyəti HƏMAS-ın dəstəklədiyi “İraqın İslam Müqaviməti” şiə hərəkatı öz üzərinə götürüb. Suriyada 900-ə yaxın, İraqda isə 2,5 min amerikalı əsgər var.

//Samir Qurbanov, Editor.az