ABŞ qüvvələrinin İraqda İranın dəstəklədiyi Kataib Hizbullaha (Hizbullah Briqadaları) qarşı hücumunun sayı açıqlanıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataib Hizbullah öz bəyanatında Bağdadın cənubundakı Curf əs-Səhərdə 8 üzvünün öldürüldüyünü və ABŞ-ın hücumlarının davam edəcəyi təqdirdə daha geniş hücumun həyata keçiriləcəyini açıqlayıb.
İraq hökumətinin sözçüsü Bəsim Ələvadi yazılı açıqlamasında ABŞ-ın hücumuna reaksiya verib. Sözçüsü Əlavadi İraq hökumətinin İraqda son iki gündə eskalasiyanın İraqın suverenliyinin qəbuledilməz şəkildə pozulmasını ehtiva edən təhlükəli bir hadisə olduğunu bildirib. Hökumət konstitusiya vəzifələrinə uyğun olaraq İraqı qorumağa davam edir.
Ələvadi DAİŞ-ə Qarşı Qlobal Koalisiyanın İraqda mövcudluğunun Silahlı Qüvvələrimizə təlim və məsləhət yardımı ilə dəstək məqsədi daşıdığını vurğulayıb. Son insident koalisiyanın İraq ərazisində DEAŞ-la mübarizə missiyasının açıq şəkildə pozulmasını göstərdiyini bildirib.
//Səbinə Hüseynli, Editor.az

