İraqın xarici işlər naziri: “İran hökumətinə qarşı silah işlədilməsinə icazə verməyəcəyikbackend

İraqın xarici işlər naziri: “İran hökumətinə qarşı silah işlədilməsinə icazə verməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın xarici işlər naziri Fuad Hüseyn iranlı müxalif qrupların sərhədi keçərək İran hökumətinə qarşı silah işlətməsinə icazə verməyəcəklərini bəyan edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, XİN rəhbəri İranın da Kürdüstandakı bəzi bölgələrə hücumunun qəbuledilməz olduğunu bildirib.

İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdadda görüşdən sonra Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə birgə mətbuat konfransı keçirib. O, sabah İranın paytaxtı Tehrana səfər edəcəyini bildirib :”İranla da coğrafi və mədəni əlaqələrimiz var. Ancaq bu, iki ölkə arasında heç bir problem olmadığı anlamına gəlmir. Ancaq hər iki tərəfdən qaynaqlanan problemlər dialoq və danışıqlar yolu ilə həll edilə bilər”.

Fuad Hüseyn İraqdakı antiİran təşkilatları ilə bağlı suala da cavab verib: “İranlı müxalifət qruplarının İraq Kürdüstanında mövcudluğu məsələsi 40-50 il əvvələ gedib çıxır. İraq Konstitusiyasında deyilir ki, İraqlı və ya qeyri-iraqlı heç bir partiya və ya qrup yoxdur. İraqı qonşu ölkələrə qarşı hücum sahəsi kimi istifadə edə bilər. Biz bu qruplara konstitusiyaya uyğun davranacağıq”.

Bu mövzularda İran və Türkiyə ilə uzun və şəffaf danışıqların aparıldığını vurğulayan Hüseyn sözlərinə belə davam edib: “Bizim İranla da güclü ticarət əlaqələrimiz var. Biz İraqın suverenliyinin zorakılıq yolu ilə pozulmasına icazə vermirik. Beynəlxalq hüquq da dövlətə qarşı zorakılıq tətbiq etməyi qadağan edir”.

//Gülnarə Abasova, Editor.az