backend

İraqlı deputat hərbçilərin 200 azərbaycanlı qadını saxladıqlarını bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb.
Bu barədə iraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində yazıb.
Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.
V.Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı “RİA Novosti”yə təkzib edib.
“Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, – deyə mənbə əlavə edib.
//APA