İrəvan ABŞ və Almaniyanın danışıqlar prosesinə cəlb edilməsinə qarşı deyilbackend

İrəvan ABŞ və Almaniyanın danışıqlar prosesinə cəlb edilməsinə qarşı deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan ABŞ və Almaniyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə cəlb edilməsinə qarşı deyil.

Editor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, dördtərəfli formatda (İrəvan, Bakı, Paris, Aİ) Praqa danışıqları konkret nəticələrlə yekunlaşan ən səmərəli danışıqlar olub.

O, eyni zamanda bildirib ki, indi Bakı “səmərəli formata uyğun işləmək istəmir” və Almaniya və ABŞ da daxil olmaqla beştərəfli format yaratmağı təklif edir. Paşinyan hesab edir ki, Belçikadakı görüşlərdən sonra əldə olunan razılaşmalar yerinə yetirilməyib.

Həmçinin, baş nazir hazırda İlham Əliyevlə danışıqlar aparmağı planlaşdırmır.

//Samir Qurbanov,Editor.az