İrəvan-Ankara münasibətlərin nizamlanması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra baş verəcək – Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanbackend

İrəvan-Ankara münasibətlərin nizamlanması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra baş verəcək – Hakan Fidan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Yerevan və Ankara arasında münasibətlərin nizamlanmasına gətirib çıxaracaq.

Editor.az bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib. “Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq”, – Hakan Fidan qeyd edib. O vurğulayıb ki, Bakı ilə İrəvan arasında razılaşma Türkiyə tərəfindən regionda sabitlik kimi dəyərləndirilir.

Qeyd edək ki, Ermənistanla Türkiyənin diplomatik əlaqələri yoxdur. Onların yaradılmasına cəhd 2009-cu ildə İsveçrədə edilib, lakin hazırlanmış sənədlər ratifikasiya olunmayıb.

//Samir Qurbanov, Editor.az