Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi ilə bağlı məsələlər üzərində iş gedir, qərar İrəvanındır.
Editor.az bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib. Rusiya səfiri qeyd edib ki, KTMT missiyası Ermənistana gəlməyə hazırdır, bu hazırlıq dəfələrlə təsdiqlənib və ən yüksək səviyyədə təsdiqlənməkdə davam edir.
Kopırkin qeyd edib ki, təşkilatın missiyası “erməni tərəfi hazır olarsa” respublikaya gedəcək. Səfir araşdırmanın nəticələrindən sonra İrəvanın KTMT missiyasını qəbul etmək məsələsi ilə bağlı qərar qəbul edəcəyinə ümid etdiyini bildirib. Xatırladaq ki, fevral ayında Ermənistanda iki il müddətinə Aİ-nin mülki missiyası fəaliyyətə başlayıb. Avropalı müşahidəçilər İrəvanın özünün xahişi ilə göndərilib.
//Samir Qurbanov,Editor.az

