İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldıbackend

İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan metrosunun “Respublika Meydanı” stansiyasında yerləşdirilmiş qondarma “Böyük Ermənistan” xəritəsinin yığışdırıldığı görüntüləri yayılıb.

Editor.az  Trend-ə istinadən bildirir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Belə ki, xəritənin yerləşdiyi yerdə böyük ölçülü ekran qoyulub.

Qeyd edək ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma “Böyük Ermənistan” xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.