Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin üzvü Akop Arşakyan Rusiya tərəfinə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası sazişin imzalanması təklifini açıqlayıb.
Editor.az bildirir ki, Arşakyanın sözlərinə görə, Rusiya hələlik təklifə cavab verməyib. “Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlar tərəfindən yoxlanılmasın, ratifikasiya əlaqələrimizə təsir göstərməsin.
Əslində, biz hələ də cavab almamışıq, lakin Roma Əsasnaməsinin qüvvəyə minməsinə hələ çox vaxt var”, – deyə Akop Arşakyan brifinq zamanı bildirib. Arşakyan vurğulayıb ki, hüquqi baxımdan Ermənistan və Rusiya iki ölkəyə aid məsələlər üzrə beynəlxalq məhkəmənin qərarlarının tətbiqini istisna edən razılaşma əldə edə bilərlər.
//Samir Qurbanov, Editor.az

