İrəvan yenə qarışdı: Çadırlar quruldu, ocaq qalandı – VİDEObackend

İrəvan yenə qarışdı: Çadırlar quruldu, ocaq qalandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər. 

Bu barədə News.am məlumat yayıb.

Bildirilib ki, etirazçılar ordada çoxlu çadırlar qurublar, isinmək üçün ocaq yandırıblar.

Qeyd edək ki, dünən İrəvanın Respublika meydanında keçirilən mitinqin sonunda Baqrat Qalstanyan tərəfdarları ilə Baqramyan prospektinə yürüşə başlayıb. Burada çoxlu sayda polis qüvvələri kütləni Dəmirçyan küçəsinə buraxmayıblar.

Bir qrup etirazçı hökumətin bağ evlərinə doğru yürüş edib, lakin orada polis Proşyan küçəsindən Dəmirçyan küçəsinə daxil olmağa icazə verməyib.

Nəhayət, yürüş iştirakçılar Baqramyan prospektinə qayıdıblar və burada onlar oturaq aksiyaya başladıqlarını elan ediblər.

“Bu gecə o qədər çox insan var ki, əminəm ki, onlar nə qədər vaxt lazımdırsa, orada qalacaqlar. Hamıya xəbər verirsiniz ki, burada söz verilib və bəli, bu məsələni həll edəcəyik, gözəl həll edəcəyik. Burada qalacağıq, çadırlar, maşınlar olacaq. Mən də burada qalacağam, siz də mütləq qalacaqsınız. Biz heç yerə getməyəcəyik, minlərlə əsgər gətirmək istəyirlər”, – Qalstanyan müraciətində deyib.//Publika.az