İrəvana ŞOK XƏBƏR – Bakının böyük davası başlayır!backend

İrəvana ŞOK XƏBƏR – Bakının böyük davası başlayır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022 – Ermənistana qarşı məhkəmə iddiaları ili olacaq – kritik anons; Azərbaycanla münasibətləri təcili qaydaya salmasa, ərazi bütövlüyümüzü tanımasa, kapitulyant ölkəni daha ağır aqibət gözləyir…

Başa çatmaqda olan 2021-ci il də təəssüf ki, Azərbaycan və Ermənistan arasında sülh anlaşmasına gətirmədi. Tək səbəb məlum: kapitulyant ölkədə aşağı-yuxarı, ölkəmizə qarşı sərsəm ərazi iddiaları hələ də dominant düşüncə olaraq qalır. Bu xəstə təfəkkür, Türkə nifrət, mənasız dirəniş və barışmazlıq ovqatı üstəlik də erməni din xadimləri (katolikosluq) və dünya erməniliyi tərəfindın körüklənməkdədir.

Ancaq “sirkə nə qədər tünd olsa, öz qabını sındırar” deyib müdrik atalar. Daha doğrusu, artıq “sındırıb”. Erməni cəmiyyətinin bunca öz başına gələnlərdən dərs götürməsi məqamı çoxdan çatıb. Zaman da indi Ermənistana işləmir. Azərbaycan və Türkiyə ilə münasibətlərin qaydaya salınması isə təkcə iki xalqın barışı və dinc yanaşı yaşaması üçün zəruri deyil, İrəvanı digər ciddi problemlər də gözləyir.

Məsələn, böyük təzminat tələbləri. Aydındır ki, davam etdirilən düşmənçilik, ksenofobiya fonunda bu tələblər məxsusi sərtliyi ilə seçiləcək. BMT Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa Məhkəməsi) dekabrın əvvəlində ölkəmizin Ermənistana qarşı iddiasını təmin eləməsi bu xüsusda ilk presedent olmaqla İrəvana ciddi siqnal olmalıdır…

***

 

“Yaxın vaxtlarda Azərbaycan Ermənistanı bir neçə konvensiyaya əsasən məsuliyyətə cəlb etmək üçün beynəlxalq arbitraj məhkəmələrinə verəcək. Əsasən də ekologiya, ətraf mühitə zərər və Azərbaycanın enerji resurslarından qeyri-qanuni istifadə ilə bağlı müraciətlər ediləcək”.

Ceyhun Bayramov Ermənistandakı seçkilərə münasibət bildirdi » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Bunu srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Nazir onu da qeyd edib ki, bu, 2022-ci il üçün nəzərdə tutulan əsas vəzifələrdən biridir.

Yəni qənaət hasil olur ki, təzə ildə İrəvana qarşı böyük təzminat davası rəsmi Bakı üçün prioritet istiqamətlərdən olacaq. Qarabağa Böyük Qayıdış kimi. Bu davada məğlub ölkənin zərrəcə şansı yoxdur. Təzminatla bağlı məbləğlər isə erməni tərəfi üçün əsl şok effekti yaratmaqla yanaşı, İrəvanın Azərbaycana qarşı iştah dişinə, ərazi iddiasına növbəti sarsıdıcı zərbə olacaq. İşğalçı ölkə dünyada növbəti dəfə rüsvay olacaq. Həyasız iddialarını irəli apara bilməyəcək, çünki təzminatla bağlı məhkəmə qərarları Ermənistanın təcavüzkar obrazını beynəlxalq rəydə daha da möhkəmlədəcək, “status” tələbi birdəfəlik gündəmdən çıxacaq.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı iddia üzrə müvəqqəti qərar  verib

Məntiqlə İrəvan bütün bunları göz önünə alıb da, Bakı və Ankaraya qarşı hiyləgər sülh oyunlarına, nəhayət, son verməli, gerçək barışıq yolu tutmalıdır ki, heç olmasa, bəzi məqamlarda Azərbaycan və Türkiyənin hansısa mərhəmətinə ümid bəsləyə bilsin. Bunu isə görmürük.

“Azərbaycanla sülh müqaviləsi olacaq. Amma onun imzalanma tarixi bilavasitə Nikol Paşinyanın Qərb ölkələri ilə bağlı gözləntilərinin iflasa uğramasından asılıdır”.

Qarabağdakı Rusiya sülhməramlıları öz missiyalarından kənara çıxıblar” - Anton  Bredixin | KONKRET

Anton Bredixin 

“Yeni Müsavat”ın məlumatına görə, belə bir proqnozu  Rusiya Federasiyası Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin Caliber.az-a müsahibəsində səsləndirib.

“İrəvan nə ABŞ-ın, nə də Fransanın öz qoşunlarını bölgəyə gətirməyəcəyinin, Azərbaycana təzyiq etməyəcəyinin, sərhədlərin dəyişdirilməsinə cəhd göstərməyəcəyinin dərkinə nə qədər tez gəlsə, sülh müqaviləsinə Paşinyanın imzası bir o qədər tez atılacaq. Ona qədər isə Brüsseldəki “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində keçirilən görüş Ermənistanın diplomatik qələbəsi və Qərb dövlətləri tərəfindən ona dəstək kimi təqdim olunacaq”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, bölgədəki nəqliyyat kollapsı və iqtisadi kollaps məhz Ermənistanın təxribatı ilə bağlıdır: “Eyni zamanda onun öz iqtisadiyyatına zərbədir. Düşünürəm ki, bu əməllərin ölkənin iqtisadiyyatına vurduğu böyük ziyanı hesablayacaq çoxlu erməni ekspertləri tapılacaq”.

Erməni tərəfində sərt gerçəyin dərki prosesi isə ağır da olsa gedir.

“Böyük əminliklə deyə bilərəm ki, biz nəyin olduğunu başa düşürük: biz ağır xəstəyik və yaralıyıq”.

Bunu erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan “Civilnet” YouTube kanalında yayımlanan verilişin efirində deyib.

Aparıcının müharibədən sonra erməni cəmiyyətinə hansı diaqnozun qoyula biləcəyi ilə bağlı sualına iş adamı belə cavab verib ki, həll yollarını təklif etməzdən öncə erməni cəmiyyətinin hansı nöqtədə olduğunu, nəyin səhv edildiyini anlamaq lazımdır: “Bu il ərzində biz böyük işlər görmüşük. Böyük əminliklə deyə bilərəm ki, biz nəyin baş verdiyini anlayırıq: biz ağır xəstəyik və yaralıyıq. Və bu, iqtisadiyyat və hətta müharibə məsələsi deyil. Bir millət səviyyəsində ən dərin böhrandır”.

***

Problem də elə acı həqiqətin doğru-dürüst ictimai dərkindədir. Yəni erməni xalqı hansı dərin quyuya düşdüyünü nə qədər tez anlasa, avantürist erməni siyasətçilərinin, erməni lobbisi və din xadimlərinin onu daha hansı fəlakətə doğru sürükləmək istədiyini nə qədər tez fərq eləsə, bir o qədər onun xilas imkanları olar. Çünki istənilən effektli “müalicə” üçün ən əvvəl düzgün “diaqnoz” tələb olunur.

Əks halda, 2022-ci il Ermənistan üçün 2020-dən də betər olacaq. Rəsmi Bakı artıq anonsunu edib. Əgər qarşıdakı ildə də Paşinyan hökuməti Azərbaycanla münasibətləri qaydaya salmasa, o sırada ölkəmizin ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demorkasiyası  yönündə real addımlar atmasa, kapitulyant ölkəni daha acınacaqlı aqibət gözləyəcək…

//Musavat.com