İrəvanda aksiya: ermənilər parlament binasının bütün girişlərini bağlayırbackend

İrəvanda aksiya: ermənilər parlament binasının bütün girişlərini bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Azərbaycana qarşı təxribat zamanı öldürülən hərbçilərin yaxınları və müxalifət nümayəndələri Milli Məclisin binasına bütün girişləri bağlamaq niyyətindədirlər.

Parlamentin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq hazırda davam edir.

Aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, müxalifət qüvvələrinin nümayəndələri iştirak edirlər.

Nümayişçilər sentyabrın 14-də səhər saat 8-dən parlament binasının bütün girişlərini bağlamaq niyyətindədirlər. Onların bəziləri Milli Məclisin binasının yaxınlığında gecələmək qərarına gəliblər.

//publika.az