İrəvanda hökumət binasının qarşısında 80-ə yaxın etirazçı saxlanıldıbackend

İrəvanda hökumət binasının qarşısında 80-ə yaxın etirazçı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament yaxınlığındakı iğtişaşlardan sonra, saatın gec olmasına baxmayaraq, etirazçılar arxiyepiskop Baqrat Qalstanyanın göstərişinə əməl edərək, hökumət binasına doğru hərəkət ediblər.

Baqrat daha əvvəl nümayişçilərə bildirib ki, baş nazirin getdiyi yer budur və onlar Respublika meydanına gəlib Nikol Paşinyandan cavab tələb etməlidirlər. Hökumət evinə polis cəlb edilib, təhlükəsizlik qüvvələri qalxanlarla binanı mühasirəyə alıb. Ermənistan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Baqramyan prospektində parlament binası yaxınlığında iğtişaşlar zamanı ictimai asayişi pozan 98 nəfər saxlanılıb.

On polis əməkdaşının tibbi yardıma ehtiyacı var. Bütövlükdə həm mülki şəxslər, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla 79 nəfər həkimə müraciət edib. 6 nəfər yardım göstərildikdən sonra buraxılıb.

//Samir Qurbanov, Editor.az