İrəvanda kritik gün: Etirazları idarə edən keşiş həlledici məqamı AÇIQLADIbackend

İrəvanda kritik gün: Etirazları idarə edən keşiş həlledici məqamı AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən gün siyasi qüvvələrlə qısa müzakirələr aparıb.

Bununla bağlı Ermənistan KİV-də yazı dərc olunub.

Yepiskop gələn həftə üçün planını təqdim edib, lakin təfərrüatını çox açıqlamayıb. O bildirib ki, təfərrüatdan danışmayacaq, çünki istənilən situasiya müəyyən məcburi hərəkətlərə gətirib çıxara bilər. Üstəlik, Baqrat Qalstanyan informasiya sızdırılmasının qarşısını almaq üçün ilk gündən çox ehtiyatlı olub. Baqratın sözlərinə görə, 12 iyun həlledici gün olacaq.

“Siyasətçilər maraqlanırlar: əgər kritik kütlə toplanarsa, o zaman növbəti addım nə olacaq? Yepiskop sualı cavabsız qoyub və deyib ki, qoy yığışsınlar, baxarıq. Yeri gəlmişkən, hakim komanda daxilində bu günlərdə hadisələrin mümkün inkişaf ssenariləri ilə bağlı fəal daxili müzakirələr gedir. Ehtiyat edilir ki, 30 min insan parlamentin qarşısına toplaşarsa, onlar binaya hücum edəcəklər, bu halda da hüquq-mühafizə orqanlarının əməkdaşları tədbirlər görməyə və həmçinin bu zaman silahlardan da istifadə etməyə məcbur olacaqlar”, – deyə vurğulanıb.