İrəvanda neonasist yürüşü keçirildi – VİDEO – FOTObackend

İrəvanda neonasist yürüşü keçirildi – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistanın paytaxtı İrəvanda yerli neonasistlərin yürüşü keçirilib.

Milli.Az xəbər verir ki, onlar azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədərək soyqırımlar etmiş, İkinci Dünya Müharibəsi illərində isə Hitler Almaniyası ilə sıx əməkdaşlıq etmiş və müharibədən sonra həbs edilərək həbsxanada ölmüş Qaregin Njdeni anıblar.

Erməni neonasistlər İrəvan küçələri ilə keçərək Njdenin abidəsi qarşısında toplaşıblar. Əllərini neonasist salamınla qaldıran bu şəxslər irqçi şüarlar səsləndiriblər.

Yürüş Ermənistanın hakimiyyət dairələrinin bütün bəyanatlarına rəğmən, ölkədə neonasizm ideyalarının və təmayüllərinin çox güclü olduğunu, nasistlərlə əməkdaşlıq etmiş cinayətkarların qəhrəman sayıldığını göstərir.