İrəvanda Paşinyanla arvadını “güllələdilər”backend

İrəvanda Paşinyanla arvadını “güllələdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın mərkəzindəki Baqramyan prospektinə toplaşıb “fasiləsiz etiraz aksiyası” keçirənlər kapusin şousu hazırlayıblar.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Ermənistandakı “Veto” hərəkatının lideri Narek Malyanın müəllifi olduğu perfomans “Çauşeskunun güllələnməsi və ya xainlərə ölüm” adlanırdı.

Alleqorik “tamaşa”da baş nazir Nikol Paşinyanla arvadı Anna Akopyanın “güllələnməsi” əks olunmuşdu.

Prospektdə aksiya iştirakçıları dövrə vurmuşdular. Üzlərində qara maska, əyinlərində kamuflyaj forma olan iki nəfər gözləri bağlanmış, biləklərinə qandal vurulmuş kişi və qadını ortaya çıxararaq onları “güllələyiblər”.

Tamaşaçılar bu zaman “Xain Nikol!” bağırıblar.

“Çauşeskunun işi ilə bağlı Ermənistanda ittiham almış ilk insanam. Lakin bu, məni dayandırmayacaq. “Debillər üsyanı” adlı baleti də səhnələşdirmək fikrim var”, – Malyan deyib.

Fevralın 20-də İrəvandakı Azadlıq meydanında müxalifətin mitinqindən əvvəl Malyan demişdi ki, orada “Çauşesknun güllələnməsi və ya xainlərə ölüm!” perfomansını göstərəcək. Polislər onu saxlamış, meydana yollanmağa imkan verməmişdilər. Malyanın sözlərinə görə, hakimiyyət dairələri onun aksiyasında mövcud iqtidarla paralel və bu iqtidarın silahlı devrilməsinə maskalanmış çağırış görmüşdülər.

Loading...