Bu dəqiqələrdə Ermənistan prezidentinin İrəvandakı iqamətgahı yaxınlığında nümayiş keçirilir.
Aksiya iştirakçıları “Müqəddəs mübarizə” hərəkatının nümayəndələri Vaaqn Xaçaturyanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının işi haqqında “Əsasnamə”ni imzalamasına etiraz edirlər. Mitinqdə keşiş Baqrat Qalstanyan da iştirak edir.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi reqlamentin Konstitusiyaya uyğun olduğunu tanıyıb. Çərşənbə günü avqustun 30-da imzalanmış sənəd Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib. Müxalifət reqlamentin təsdiqi ilə hər hansı bir əlaqədən imtina etdiyi üçün əvvəlki müzakirələrdə olduğu kimi səsvermədə də yalnız hakim fraksiyadan olan deputatlar iştirak edib.
//Samir Qurbanov, Editor.az

