İrəvanda qorxu yaradan həmlə: “Bakı bu dəfə bizdən nəyi alacaq?”backend

İrəvanda qorxu yaradan həmlə: “Bakı bu dəfə bizdən nəyi alacaq?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan nədənsə xeyli vaxtdır ABŞ-dadır.

Editor.az Globalinfo.az istinadən xəbər verir ki, bu barədə “İravunk” nəşri yazıb.

Nəşr onun ABŞ-da hansı işlə məşğul olduğunu maraqlanıb:

“Armen Qriqoryanı niyə çağırıblar? Britaniya və Amerika xüsusi xidmət orqanlarının “sevimlisi” olan TŞ katibinin Vaşinqtona səfəri hər zaman təhlükə daşıyır. Ötən ilin sentyabrın 27-də o, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın da iştirakı ilə sənəd imzaladı. Məhz bu sənəd Praqada Nikol Paşinyana təqdim olundu və rəsmi olaraq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanıdı”.

Ermənistanda Bakının İrəvanı bu dəfə hansı güzəştə məcbur edəcəyi müzakirə edilir.