Müəyyən ictimai-siyasi qüvvələr Ermənistan üçün yeni kardinal beynəlxalq kursdan danışmağa başlayıblar.
Editor.az bildirir ki, rəsmi İrəvandan Rusiya Federasiyası ilə əlaqəli təşkilatlardan çıxmağa və Avropa İttifaqına müraciət etməyə çağırışlar səslənib. Onlar Ermənistan hakimiyyətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmağı tələb edirlər. “Hazırda “Artsax”ın erməni xalqının qurban verildiyi Rusiya hakimiyyətinin yürütdüyü anti-erməni mövqeyi və siyasəti nəinki pisdir, həm də Ermənistanla Rusiya arasında son illərdə yaranmış uçurumu daha da dərinləşdirib.
Bu da Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında bütün mövcud qanunvericilik bazasına köklü şəkildə yenidən baxılmasına təcili ehtiyac yaradıb”, – “Azadlıq” radiosunun aydığı bəyanatda deyilir. Müraciət müəllifləri Qarabağdakı vəziyyəti Ukraynaya qarşı müharibə və ukraynalıların soyqırımı ilə eyniləşdiriblər.
Bundan əlavə, İrəvan heç bir qeyd-şərtsiz Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməyə çağırılıb. Bəyanatda, həmçinin Aİ-yə tamhüquqlu üzvlüklə bağlı müraciətə, həmçinin Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Hindistanla strateji tərəfdaşlıq sazişlərinin imzalanması, habelə hərbi və Qərb ölkələri ilə hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi qeyd olunur.
//Samir Qurbanov, Editor.az

