Bu gün müxalifət İrəvanda Respublika meydanında keçirilən etiraz aksiyasına getməyib. Sentyabrın 19-dan sonra şəhər ilk dəfə sakit görünür.
Əgər ötən günlərdə müxalifət mütəmadi olaraq küçələri bağlayır, hökumət binası yaxınlığında mitinqlər keçirir, polislə kütləvi həbslərə səbəb olan toqquşmalarda iştirak edirdisə, bu gün səhər saatlarında meydanda bir nəfər də olsun fəal olmayıb.
Bu sakitlik fonunda İrəvanın mərkəzində növbətçi olan asayiş keşikçilərinin sayı da azaldılıb, hökumət binasının yaxınlığında cəmi 10 polis əməkdaşı qalıb. Halbuki bir neçə gün əvvəl onların sayı bir neçə yüz nəfər idi.
//Samir Qurbanov, Editor.az

