İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı 16-ya çatıbbackend

İrəvanda ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha 1 nəfərin meyiti aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata əsasən, ölənlərin ümumi sayı 16 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 14-ü İrəvandakı “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 16 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2-si İran və 1-i Rusiya vətəndaşı olmaqla 18 nəfər itkin düşüb.