İrəvanın mərkəzində partlayış baş veribbackend

İrəvanın mərkəzində partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın mərkəzi hissəsində qəza baş verib: yük maşını aşıb və partlayıb.

Ermənistan KİV-i xəbər verir ki, hadisə Silva Kaputikyan küçəsində, ölkə prezidenti Vaaqn Xaçatryanın iqamətgahından bir qədər aralıda baş verib. Xilasetmə xidmətinin məlumatına görə, yolda dörd avtomobil – üç avtomobil və bir betonqarışdıran maşın toqquşub. Qəza yanğınla nəticələnib və hazırda yanğın söndürülüb.

Hazırda xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

//Samir Qurbanov, Editor.az