Hüquq-mühafizə orqanları İrəvanın mərkəzi hissəsində yanacaq daşıyan tankeri partlatmaqla hədələyən şəxsi saxlayıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat verib. Hadisə ilə bağlı məlumat oktyabrın 26-da saat 23:07 radələrində daxil olub. İstintaq Komitəsinin bildirdiyinə görə, həmin şəxs nazirliklərin yerləşdiyi binaya daxil olaraq Respublika meydanında dayanmış yanacaq çənini partlatmaqla hədələyib.
Müəyyən edilib ki, sözgedən vətəndaş yanacaq daşıyan maşını İrəvan-Sevan avtomobil yolunda yanacaqdoldurma məntəqəsindən oğurlayıb. Faktla bağlı cinayət işi açılıb.
//Samir Qurbanov,Editor.az

