İRİA marketinq xidməti üçün 2 milyona yaxın vəsait xərcləyəcək – Prosesi həm də abadlıq işləri görən “tender kralı” həyata keçirəcəkbackend

İRİA marketinq xidməti üçün 2 milyona yaxın vəsait xərcləyəcək – Prosesi həm də abadlıq işləri görən “tender kralı” həyata keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (İRİA) publik hüquqi şəxsi marketinq xidməti üçün 2 milyona yaxın vəsait xərcləyəcək.

Pravda.az-ın xəbərinə görə, işləri “Elvi.M.M. Services Group” MMC həyata keçirəcək.

Bağlanılan müqaviləyə əsasən, qurum şirkətə 1 844 192 AZN köçürəcək.

Xidmətə rəqəmsal hökumət fəaliyyəti çərçivəsində müxtəlif kommunikasiya kanallarında məlumatların yerləşdirilməsi, maarifləndirici məlumatların televiziya və radio vasitəsilə geniş auditoriyaya çatdırılması daxildir.

Qeyd: Nizamnamə kapitalı 834 127 AZN olan “Elvi.M.M. Services Group”un qanuni təmsilçisi Coşqun Fəxrəddin oğlu İsgəndərovdur. Şirkətin bir neçə qurumun elan etdiyi tenderlərin, o cümlədən ötən il Sabirabad RİHB-nın Sabirabad Şəhər Nümayəndəliyinin elan etdiyi “Sabirabad şəhərində abadlıq işlərinin aparılması” tenderinin də qalibi olub.