İrlandiya Ədliyyə Nazirliyinin rəhbəri Helen MakEnti bildirib ki, Dublindəki iğtişaşlarda iştirak edənləri 12 ilədək həbs cəzası gözləyir. Editor.az bu bərədə “The Guardian” a istinadla xəbər verir.
“Bizim çox, çox sərt qanunlarımız var: İrlandiya polis qüvvələrinin üzvünə hücuma görə 10 və ya 12 ilə qədər həbs gözlənilir”- McEntee bildirib.
O, şəhərdəki mövcud vəziyyəti “çox qeyri-sabit” adlandırıb. Nazir bildirib ki, cümə axşamı məktəb yaxınlığında baş verən hücumdan sonra Dublində polislər artırılacaq. Onun məlumatına görə, artıq 34 nəfər həbs edilib. Əksəriyyəti noyabrın 24-də məhkəmə qarşısına çıxacaq.
Hazırda polis iğtişaşlar zamanı cinayət törətmiş digər mümkün şübhəliləri müəyyən etmək üçün minlərlə saatlıq CCTV görüntülərini nəzərdən keçirir. Nazir qanunsuz hərəkətləri əks etdirən görüntülərdəki şəxslərin saxlanılaraq məhkəməyə göndəriləcəyini bildirib.
Qeyd edək ki, İrlandiyanın paytaxtında iğtişaşlar noyabrın 23-ü axşam saatlarında başlayıb və növbəti səhərə qədər davam edib. Etirazlara səbəb immiqrantın bıçaqla 3 uşaq və bir qadına hücum etməsi olub.
//Gülnarə Abasova, Editor.az

