İrlandiyanın baş naziri Ukraynaya səfər edibbackend

İrlandiyanın baş naziri Ukraynaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyanın baş naziri Leo Varadkar Kiyevə gəlib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da
paylaşım edib.

Ukrayna lideri Varadkarla iki ölkə arasında “təhlükəsizlik, siyasi əməkdaşlıq, Ukrayna üçün ədalət” və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək mühüm danışıqlar aparacağını bildirib. Keçən il Varadkar Ukrayna münaqişəsində ölkənin neytrallıq siyasətinə mümkün yenidən baxılacağını elan etmişdi.

Onun sözlərinə görə, ölkə Avropa İttifaqının ümumi müdafiə siyasətində daha fəal iştirak edə bilər. Ötən gün Zelenski Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin JICA prezidenti Akihiko Tanaka ilə görüşdüklərini və agentliyin Ukraynadakı fəaliyyətinin prioritet sahələrini müzakirə etdiklərini açıqlayıb.

Qeyd edək ki, İyulun əvvəlində İspaniyanın baş naziri Pedro Sançes Kiyevə səfər etmişdi. O vurğulayıb ki, İspaniya “Avropaya sülh qayıdana qədər” Ukraynanı dəstəkləməyə davam edəcək.

//Gülnarə Abasova, Editor.az