İş adamı qazi və şəhid ailələri ilə görüşdü – Foto
“Mayak Cargo Transportation” şirkətinin rəhbəri Saleh Ağayev Zəfər Günündə qazi və şəhid ailələri ilə görüşüb.
Editor.az bildirir ki, tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Saleh Ağayev giriş sözü ilə çıxış edərək hər kəsin Vətən uğrundan canından keçən şəhidlərimizə borclu olduğunu söyləyib.”Şəhidlərimizin ailələri bizə əzizdir, bugünkü tədbirimizin məqsədi də şəhid ailələri və qazilərimizə həmişə dəstək olduğumuzu bir daha göstərməkdir. Allah qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət etsin. Şükürlər olsun ki, bu gün Zəfər Gününü qeyd edirik, işğalda olan torpaqlarımız düşməndən azad edilib. Qəhrəman oğullarımızı hər zaman xatırlayacağıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlar bizim fəxrimizdir. Siz hər zaman bizdən bir addım öndəsiniz və sizə borcluyuq. Sizi tədbirimizə dəvət etməyi özümə borc bilirəm. Allah sizi qorusun! Dövlətimiz qazilərimiz üçün bütün şəraiti yaradıb. Biz də iş adamı olaraq hamılıqla qazilərimizə, şəhid ailələrimizə birləşib dəstək olmalıyıq”, – o bildirib.
Saleh Ağayev bildirib ki, şirkətdə 15 nəfər İkinci Qarabağ müharibəsi iştirakçısı var. “Qazilərimiz heç vaxt özlərini sıxıntıda hiss etməsinlər, müharibədə iştirak etdikləri üçün qürurlansınlar. Onları anlamağa çalışıram, mən də müharibənin dəhşətlərini gördüm. 44 günlük müharibə ərəfəsində əlimizdən gələn qədər igid oğullarımıza dəstək göstərməyə çalışmışıq. “Mayak Cargo Transportation” şirkəti olaraq Vətən çağıranda onun keşiyində durmağı özümə borc bilirik.
İş adamı tədbirin sonunda qazi və şəhid ailələrinə hədiyyələr təqdim edib. Tədbir konsert priqramı ilə davam etdirilib.