İş adamından Ordumuza dəstək-20 min manat ianə etdibackend

İş adamından Ordumuza dəstək-20 min manat ianə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xeyriyyəçi iş adamı Saleh Ağayev Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat ianə edib.

Editor.az-ın məlumatına görə, iş adamı qeyd edib ki, ölkəmiz üçün bu həssas və şərəfli günlərdə bütün dünya azərbaycanlıları səfərbər olmalıdır: “Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəbhədə tarix yazır. Bir iş adamı kimi bəyan etmək istəyirəm ki, canımızla, malımızla dövlətimizin, ordumuzun yanındayıq. Bugün arxa cəbhədə döyüşürük, sabah isə ehtiyac yarandığında ön cəbhədə olacağıq”.

İş adamı Saleh Ağayev qeyd edib ki, ordumuza dəstəkləri bununla kifayətlənməyəcək: “Biz Vətən savaşı başlayan gündən cəbhəyə qəhrəman əsgərlərimiz üçün müxtəlif növ sovqatlar göndəririk. Bundan sonra da bütün imkanlarımızla əsgərlərimizin yanında olacağıq. Allah Xalqımızı və Ordumuzu qorusun!”.