İş adamı Şahin Məmmədovin oğlu Ruslan Məmmədov bu gün Gəncə şəhərində torpağa tapşırılıb.
Mərhum 4 saylı Yeni Səbiskar kimi tanınan qəbristanlıqda nənə və babasının yanında dəfn olunub.
Məlumat üçün bildirək ki, 27 yaşlı R.Məmmədov “Nikosayağı” ləqəbli bloger Nicat Şakirlinin yaxın dostlarından olub.
Qeyd edək ki, avqustun 14-ü gecə saatlarında sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan Nicat Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.
Nəticədə avtomobildə olan Nicat Şakirlinin dostu, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

