Voloqdada ana və iki uşaq evdə ölü tapılıb.
Lent.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarına zəng edən yerli sakinlərdən biri deyib ki, işdən evə qayıdanda həyat yoldaşının və iki uşağın – 4 yaşlı oğlu və 3 yaşlı qızının meyitlərini öldüyünü görüb. Onların bədənlərində kəsilmiş-deşilmiş yaralar da aşkarlanıb.
İlkin versiyaya görə, uşaqları öldürən ana sonradan intihar edib. Qadının əvvəllər psixiatrik müalicə aldığı məlum olub.

